“Nargis Fund” tərəfindən internat evinin uşaqları üçün unudulmaz gün təşkil olundu

19:03 4 Dekabr 2015
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 4-də 12 saylı internat evinin uşaqları üçün maraqlı gün təşkil olunub.

Trend-in məlumatına görə, uşaqları DJ С-nin musiqi müşayiəti ilə aparıcı könüllülər Səbinə və Tural, eləcə də animator kuklalar qarşılayıblar. Kiçik qonaqlarımız üçün şou-men Kamran Razmovarın, sehrbaz Rasimin, skripkaçı Fərəh Xəlilovanın iştirakı ilə maraqlı şou - proqram keçirildi. Onlar həm rəqs etdilər, həm də karuseldə əyləniblər. Ardınca uşaqlara “Nargis Fund” tərəfindən nahar verilib.

Nahardan sonra Aynur xanım uşaqları feys-art ilə bəzəyib. Tədbirin sonunda uşaqlara “Olive Media”, “Nargis Fund”, “Sladena”, “Kreki” brendləri və “The Entertainer” mağazası tərəfindən hədiyyələr təqdim olunub.

Ənənəyə uyğun olaraq, “Nargis Fund”-un təşkilatçılığı və “Amapola Exclusive Events”-in baş sponsorluğu ilə keçirilən xeyriyyə yarmarkasından əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf olunacaq.

Trend, Day.az və Milli.az informasiya dəstəyi qismində çıxış edir.

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

İnstagram: Soyuqelleristiurek
Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2465405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR