Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AMEA-da akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək

AMEA-da akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək

Date: 4 December 2015 19:03


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, ictimai xadim, AMEA-nin təsisçilərindən biri, akademik Mustafa Topçubaşovun anadan olmasının 120 illiyinə həsr edilən elmi sessiya keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, M.Topçubaşov bu elm məbədinin ilk həqiqi üzvlərindən olub, həyatını bütünlüklə Azərbaycan səhiyyə sisteminin təkmilləşməsinə, milli tibb kadrlarının hazırlanmasına, onların təkmil mütəxəssis kimi yetişməsinə həsr edib. Görkəmli alim, həmçinin tibb sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində, elmdə, tibb təhsilinin tədrisində, müalicə və profilaktika işlərində mühüm islahatların həyata keçirilməsində misilsiz xidmətlər göstərib.

Tags:  AMEA-da akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək


RƏYLƏR


Top news