Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakıda "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda konfrans keçirilib

​Bakıda "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda konfrans keçirilib

Date: 4 December 2015 19:07

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Qafqazda mədəni-dini irsin qorunması" mövzusunda konfrans keçirilib.
"Report" xəbər verir ki, tədbirdə Qafqaz ərazisində olan mədəni-dini abidələrin vəziyyəti, həmin abidələrə qarşı bu günə qədər törədilən vəhşiliklər müzakirə olunub.
Konfransı giriş sözü ilə açan İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Ermənistanın Azərbaycana təcavüzü nəticəsində abidələrimizə qarşı törədilənlərin dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Qafqaz ərazisi tarixən çox millətlərin birgəyaşayış yeri olub. O qeyd edib ki, hansı ərazidə yerləşməsindən asılı olmayaraq, mədəni abidələrə qarşı törədilən vəhşiliklər bəşəriyyətə qarşı terror kimi qiymətləndirilməli və dünya ictimaiyyəti tərəfindən birgə mübarizə aparılmalıdır.  


Tags:  Bakıda Qafqazda mədəni-dini irsin qorunması mövzusunda konfrans keçirilib

RƏYLƏR


Top news