Bakıda keçiriləcək atletika üzrə beynəlxalq turnirdə 4 ölkədən idmançılar mübarizə aparacaqlar

Bakıda keçiriləcək atletika üzrə beynəlxalq turnirdə 4 ölkədən idmançılar mübarizə aparacaqlar
19:13 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 6-da Respublika Olimpiya Mərkəzində Azərbaycan Atletika Federasiyasının (AAF) və Olimpiya Akademiyasının vitse-prezidenti, Ümumittifaq dərəcəli hakim, SSRİ rekordçusu Tofiq Qarayevin 80 illiyinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
AAF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda Azərbaycan, Türkiyə, Özbəkistan və Rusiya atletləri güclərini sınayacaqlar.
Turnirdə qızlar 60, 200, oğlanlar isə 60, 400 metr məsafəyə qaçış yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin qızlar və oğlanlar uzunluğa tullanma yarışlarında öz aralarında ən güclünü müəyyənləşdirəcəklər.
Şəxsi və komanda hesabında keçiriləcək yarışın qalibləri medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kechirilecek_atletika_uzre_beynelxalq_turnirde_4_olkeden_idmanchilar_mubarize_aparacaqlar-908408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR