OPEC neft hasilatı kvotasını artırır

OPEC neft hasilatı kvotasını artırır
19:18 4 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Neft ixracatçıları ölkələrinin təşkilatı – OPEC Vyanada keçirilən iclasında neft hasilatı kvotasını sutkada 31,5 milyon barrelə qədər artırmağı qərara alıb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Bloomberg agentliyinin məlumatına əsasən, kvotanın artırılması limitinə İndoneziyadakı hasilat daxil deyil. Bu isə sutkada əlavə 800 min barrel neft deməkdir.
Bu xəbərdən sonra brent markalı neftin barrelinin qiyməti 1,7 faiz aşağı düşərək 43,1 dollarda qərarlaşıb.
Xatırladaq ki, 2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil etsə də, son 1,5 ildə kartelin real hasilatı bu göstəricidən artıq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/OPEC_neft_hasilati_kvotasini_artirir-908413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR