“Azəriqaz” bu il 432 çoxmərtəbəli binaya təbii qaz verib

“Azəriqaz” bu il 432 çoxmərtəbəli binaya təbii qaz verib
19:23 4 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 432 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 8 min 92 ailə yaşayır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Birlik təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edən, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeriqaz_bu_il_432_choxmertebeli_binaya_tebii_qaz_verib-908418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR