Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Date: 4 December 2015 19:28


Bakı, 4 dekabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Alı Məmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı onun ayaqqabısının sağ tayının tərliyi ilə ayaqqabının içəri alt divarı arasından səpilmiş vəziyyətdə, xalis çəkisi 13,832 qram olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Faktla bağlı təhqiqat aparılır.

Tags:  Psixotrop maddənin Azərbaycana gətirilməsinin qarşısı alınıb


RƏYLƏR


Top news