“Grand Slam” seriyasından turnirdə Azərbaycan cüdoçularının rəqibləri məlum olub

19:28 4 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Tokioda bütün dünya cüdoçuları üçün 2015-ci il mövsümünün son turniri start götürüb. Mövsüm “Grand Slam” seriyasından nüfuzlu yarışlarla başa çatır.
2015-ci ildə “Böyük dəbilqə” turniri beş mərhələni əhatə edib. Birinci mərhələ mayda Bakıda, iyul mərhələsi Tüməndə, oktyabr ayına nəzərdə tutulan iki mərhələ Parisdə və Abu-Dabidə keçirilib. Turnir ənənəvi olaraq dekabrda Tokioda başa çatır.
AZƏRTAC xəbər verir ki, yarışda 96 ölkədən 536 güclü cüdoçu iştirak edəcək. Azərbaycanı Elmar Qasımov və Elxan Məmmədov təmsil edəcəklər. Onlar 100 kiloqramadək çəki dərəcəsində yarışacaqlar.
Cüdoçular aşağıdakı çəki dərəcələrində yarışacaqlar: kişilər - da 60, 66, 73, 81, 90, 100 və 100 kq-dən yuxarı; qadınlar - 48, 52, 57, 63, 70, 78 və 78-dən yuxarı çəki dərəcələrində. Elmar Qasımovun ilk rəqibi yerli cüdoçu Aaron Volf olacaq, Elxan Məmmədov isə Braziliya nümayəndəsi Luçiano Korrea ilə mübarizə aparacaq.
Turnirin mükafat fondu 154 000 dollar təşkil edəcək.
Qeyd edək ki, azərbaycanlı cüdoçular dekabrın 6-da mübarizəyə başlayacaqlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Grand_Slam_seriyasindan_turnirde_Azerbaycan_cudochularinin_reqibleri_melum_olub-908421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR