Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əliyev-Ərdoğan birliyi bu ölkəni fikrindən daşındırdı

Əliyev-Ərdoğan birliyi bu ölkəni fikrindən daşındırdı

Date: 4 December 2015 19:36

“Əgər Türkiyə və Azərbaycan “Şahdəniz” yatağından çıxarılan qazı ixrac edəcək kəmərin tikintisini tezliklə bitirsə, Gürcüstanın Rusiyadan təbii qaz almağa ehtiyacı olmayacaq”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Gürcüstanın energetika naziri Kaxa Kaladze Tiflisdə keçirilən Energetika Xartiyası forumunda deyib.

Onun sözlərinə görə, Gürcüstanın 2018-ci ilə qədər vaxtı var.

“Həmin vaxtdan sonra əgər əlavə təbii qaza ehtiyac olarsa, “Qazprom”a müraciət ediləcək. Amma “Qazprom”dan Ermənistana ötürülən qazın tranzit haqqının əvəzinə alınan təbii qazın ixracı davam edəcək”.


Kaxa Kaladze - Gürcüstanın energetika naziri


Bir müddət əvvəl Gürcüstan hökümətinin Rusiya və İranla qaz alışına dair gizli danışıqlar apardığı ortaya çıxmışdı. Hökümət bunu Azərbaycanın onları təmin edəcək qədər qaz həcminin olmaması ilə izah edirdi. Hətta Rusiya, Gürcüstan, Ermənistan və İran qaz kəmərinin inşası məsələsi gündəmə gəlmişdi. Gürcüstanın Rusiyadan təbii qaz ixrac etməsi ilə bağlı planları ölkə müxalifəti və əhalisi tərəfindən ciddi etirazlarla nəticələndi.


Gürcüstanın baş naziri İrakli Qaribaşvili və prezidet İlham Əliyev


Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfərə etdi. Qarşılıqlı səfərlər vəziyyəti biraz düzəltsə də, Gürcüstan höküməti “Qazprom”dan təbii qaz almaq niyyətini sona qədər gizlətmədi. Azərbaycan isə Tiflisin "SOCAR-in lazımı həcmdə qazı olmadığı üçün biz Rusiyaya müraciət edirik" açıqlamasına, ARDNŞ “bizim Gürcüstanı “mavi yanacaq”la təmin etməyə gücümüz var" cavabını verdi.

Moskvadan qaz almaq niyyətini gizlətməyən qonşu ölkə rəhbərliyi Rusiya və Türkiyə arasında baş verən qırıcı qalmaqalından sonra fikrini dəyişmiş kimi görünür.



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, Gürcüstan hökümətinin fikrini dəyişməsinə səbəblərdən biri Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakı səfəri ilə bağlı ola bilər.

“Çünki Rusiya və Türkiyə arasında baş verən qalmaqldan sonra Türkiyə höküməti TANAP və TAP-ın daha tez bir zamanda inşa edilməsi ilə bağlı bəyanatlar verir. Davudoğlu Bakıda çıxış edərkən TANAP qaz boru xəttinin tikintisinin nəzərdə tutulan vaxtdan tez başa çatdırılması üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib. Bu səbəbdən Gürcüstan rəhbərliyi Türkiyə və Azərbəaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir”, deyə İlham Şaban bildirib.


İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri


İlham Şabanın sözlərinə görə, TANAP qaz boru xəttinin tez bir zamanda inşası Gürcüstanın daha təhlükəsiz və daha çox “mavi yanacaq”la təmin edilməsi deməkdir: “Məsələn, hazırda Gürcüstan 6 milyard kubmetr qaz ixrac edilir. TANAP-ın inşası başa çatdıqdan sonra 16 milyard kubmetr təbii qaz ixrac ediləcək. Bu isə Gürcüstan tərəfinə sərf edir”.


TANAP və TAP qaz boru xəttləri


Davudoğlunun açıqlamaları və Rusiyanın Türkiyəyə tətbiq etdiyi iqtisadi sanksiyalar Gürcüstanın Moskva ilə planlaşdırdığı enerji layihələrinin yenidən gözdən keçirməsi ilə nəticələnir. Çünki etibarlı tərəfdaşı Azərbaycanla əməkdaşlıqdan imtina etdiyi görünən Gürcüstan Türkiyəyə tətbiq edilən sanksiyaları gördükdə qorxuya düşüb. Bu səbəbdən qonşu ölkə üzünü ənənəvi dostlarına çevirir. Əlbəttə qırıcı qalmaqalı Gürcüstan rəhbərliyini dərindən düşündürdü. Məlumdur ki, 2008 –ci il avqustun 8-də Rusiya Gürcüstana hücum edərək Cənubi Osetiyanı işğal edib. Müharibədən sonra iki ölkə arasında iqtisadi və siyasi əlaqələr kəsildi.

İqtisadiyyatının müəyyən hissəsi Rusiyadan asılı olan qonşu ölkə həmin vaxt çox çətin vəziyyətə düşmüşdü. Rusiya qırıcı qalmaqalından sonra bir daha iqtisadi imkanlarından siyasi alət kimi istifadə etdiyini göstərdi. Qaribaşvili höküməti də gələcəkdə Rusiya ilə baş verə biləcək real qarşıdurmanı nəzərə alaraq etibarlı tərəfdaşlarla iş birliyi etmək istəyir.

Həmçinin oxuyun:

Gürcülərin hiyləgər Azərbaycan planı

Gürcüstan Azərbaycanı əldən buraxmır

İlham Əliyev Gürcüstanın xarici işlər naziri ilə görüşüb

Prezident: "Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir"

Tags:  Əliyev-Ərdoğan birliyi bu ölkəni fikrindən daşındırdı


RƏYLƏR


Top news