Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Torpaqdan istifadə müddəti azaldıla bilər

Torpaqdan istifadə müddəti azaldıla bilər

Date: 4 December 2015 19:37

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişikliklərə baxılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, müzakirələrdə bildirilib ki, sənəd Məcəlləni təkmilləşdirmək məqsədilə işlənib. Sənədin 50-ci maddəsi aşağıdakı redaksiyada təklif olunur: "Torpaqdan istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli istifadə on beş ilədək müəyyən oluna bilər, uzunmüddətli istifadə isə xüsusi mülkiyyət olan torpaqlar üçün 99 il, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə on beş ildən 49 ilədək müəyyən oluna bilər".

Sonda müzakirə edilən sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli.Az


Tags:  Torpaqdan istifadə müddəti azaldıla bilər


RƏYLƏR


Top news