Xanım jurnalistin yubileyi qeyd olunub

19:38 4 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Zemfira Məhərrəmlinin 60 illik yubileyi və “RS Poliqraf” nəşriyyatında çapdan çıxmış “Ömür bitər, yol bitməz...” və “Oyuncaq” kitablarının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Zemfira Məhərrəmlini yubileyi münasibətilə təbrik edərək Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəxri diplomunu verib. O, insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı yazıların müəllifi olan Z.Məhərrəmlini ömrünü sənətinə həsr edən ziyalı xanımlarımızın ən məhsuldar, çalışqan, yorulmaz nümayəndələrindən biri adlandırıb.
Tədbirdə Ahıl Jurnalistlər qurumunun sədri, Əməkdar Jurnalist Yusif Kərimli Zemfira Məhərrəmlinin əsasən Qarabağ mövzusundan yazan, qəhrəman oğul və qızlarımızı yorulmadan təbliğ edən əsl vətənsevər qələm adamı kimi tanındığını bildirib. Vurğulayıb ki, Z.Məhərrəmli bir-birinin ardınca işıq üzü görən “Döyüşə qizlar gedir”, “Ötür durna qatarı”, “Qırx qız dastanı”, “Yaxın, uzaq ölkələr” və digər kitablarında ağrı-acılarımızla yanaşı, dünyanın müxtəlif ölkələrinə səfərləri, qatıldığı mötəbər toplantılar, həmçinin ənənəvi media, onlayn jurnalistika, sosial şəbəkələrin yeni mediaya inteqrasiyası kimi aktual mövzulara da toxunub.
Tanınmış jurnalistlər - Məzahir Süleymanlı, İradə Tuncay, Akif Aşırlı, Vahid Məhərrəmli, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli və başqaları Z.Məhərrəmlinin əməyini yüksək qiymətləndiriblər.
Natiqlər onun görkəmli jurnalist Nəsir İmanquliyev məktəbinin ən layiqli tələbəsi kimi öz işinin öhdəsindən lazımınca gəldiyini vurğulayıblar.
Bildirilib ki, ömrünü bütünlükdə jurnalistikaya həsr edən Zemfira Məhərrəmli bu gün mətbuat xidmətinin rəhbəri kimi məsul və şərəfli bir missiyanı uğurla yerinə yetirir.
Sonda yazıçı-publisist tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yaradıcılığında ona dayaq olan unudulmaz müəllimi və “Bakı” qəzetində jurnalistikanın sirlərini öyrəndiyi Nəsir İmanquliyev başda olmaqla bütün nurlu insanlara minnətdar olduğunu söyləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xanim_jurnalistin_yubileyi_qeyd_olunub-908428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR