Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Sarayında Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib

Heydər Əliyev Sarayında Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib

Date: 4 December 2015 19:42

Bakı. 4 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, ssenarist, Rusiyanın xalq artisti Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib.
"Report" xəbər verir ki, Nikita Mixalkov «Свой среди своих» proqramı ilə öz tamaşaçılarının görüşünə gəlib.
Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin rəsmi şəxsləri, tanınmışı elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gecə əvvəlcə Nikita Mixalkovun rejissoru olduğu və aktyor qismində çəkildiyi fimlərin qısa videoçarxının nümayiş etdirilməsilə başlayıb. Daha sonra alqış sədaları altında səhnəyə gələn rusiyalı kinorejissor ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Atasını və anasını xatırlayan Nikita Mixalkov onlar haqqında çəkdiyi sənədli filmindən fraqmentlər nümayiş etdirib, gənclik illərindən bu günədək çəkildiyi və çəkdiyi filmlərdən ətraflı söz açıb.
Qeyd edək ki, Nikita Mixalkovun Azərbaycana səfəri və keçirdiyi tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Xatırladaq ki, Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.  

Tags:  Heydər Əliyev Sarayında Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib


RƏYLƏR


Top news