İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr genişlənir

İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr genişlənir
19:43 4 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Rusiya Elmlər Akademiyasının İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzində elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, mərkəzin rəhbəri, professor A.Afanasyev qurumun laboratoriyalarında aparılan elmi-tədqiqatlar və Data-mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib. Paylanmış Hesablamalar Mərkəzində yaradılmış bir sıra proqram məhsulları və onların köməyi ilə həll olunan tətbiqi məsələlər haqqında təqdimatlar nümayiş etdirilib.
Paylanmış Hesablamalar Mərkəzi ilə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet mərkəzi arasında son illər aparılan elmi əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_Texnologiyalari_Institutunun_beynelxalq_elaqeler_genislenir-908429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR