Milli irsə dəstək məqsədilə flaşmob təşkil olunub

19:48 4 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 4-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən “Metro Park” alış-veriş və ticarət mərkəzində “Milli irsə dəstək olaq” adlı flaşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, elm, mədəniyyət, incəsənət xadimlərinin, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri flaşmobda mərkəzin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Asif Usubəliyev qonaqları salamlayıb. O bildirib ki, dekabrın 3-də Namibiya Respublikasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilməyərək geri qaytarılıb.
Bu hadisənin alqışlayan natiq bunu maddi-mənəvi dəyərlərimizi oğurlayıb öz adına çıxan erməni riyakarlığına verilən düzgün qiymət hesab edib. O, “Köçəri” rəqsinin Azərbaycanın qədim milli rəqslərindən biri olduğunu vurğulayıb.
Aksiya zamanı müxtəlif uşaq rəqs kollektivləri tərəfindən “Yallı”, “Köçəri” və digər Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Rəqs kollektivlərinə mərkəzin fəxri diplomları təqdim olunub.
Flaşmob iştirakçılarına mərkəzin əməkdaşları tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri haqqında bukletlər təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_irse_destek_meqsedile_flasmob_teskil_olunub-908433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR