“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalı fəaliyyətə başlayıb

20:08 4 Dekabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 4 dekabr, AZƏRTAC
Dünya ölkələri çoxlu sayda sosial, iqtisadi, siyasi və etnik münaqişələrlə üzləşirlər. Regional münaqişələr əsrində insanlara bu toqquşmalar barədə obyektiv məlumat verilmir. Bəzi media orqanları reallığı əks etdirməyən, qərəzli informasiyalarla oxucuları çaşdırırlar. “Avrasiya Gündəliyi” insanlar arasında məlumat qıtlığını azaltmaq üçün irəli sürülən bir təşəbbüsdür. Portal münaqişələr və mübahisələr barədə reallığın əsl mənzərəsini dünyaya çatdıracaq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan “Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimat mərasimində səsləndirilib.
Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin və media rəhbərlərinin iştirak etdikləri tədbirdə çıxış edən portalın baş redaktoru Malik Ayub Sumbai bildirib ki, bu layihəyə bir çox ölkələrdən dəstək var. Məqsədimiz, dürüst və obyektiv məlumatların cəmiyyətə çatdırılmasıdır. Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alıb. Komandanın 20 üzvü dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Biz bu gündən fəaliyyətə başlayan portalımızda münaqişələr barədə məlumatları yumşaq və insanları qıcıqlandırmayan şəkildə ictimaiyyətə çatdıracağıq.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, bu gün Azərbaycanda elektron media daha çox üstünlük təşkil edir. Dünya mediasında Azərbaycanla bağlı informasiyaların bəzən qərəzli və siyasi maraqlara xidmət etdiyi aydın görünür. Bu baxımdan ümid edirik ki, bu layihə vasitəsilə vahid informasiya məkanı yaranacaq və obyektivlik təmin olunacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu portal vasitəsilə düzgün məlumatlar əldə edəcəklər. İnkişaf etmiş ölkələrdə informasiyalar daha çox internet üzərindən yayılır. Bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas məsələ informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycan medianın inkişafı sahəsində dünyada qabaqcıl yerlərdən birini tutur. Prezident İlham Əliyev söz və mətbuat azadlığına böyük önəm verir və ölkədə bu dəyərlərin qorunmasını təmin edib. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün “Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyəti böyükdür.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərinin fəaliyyəti çox vacibdir. Bu informasiya agentlikləri yaydıqları məlumatlarla xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan “Avrasiya Gündəliyi” informasiya portalı da dünyada Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə xidmət edəcək.
Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurası sədrinin müavini, BAMF-ın sədri, portalın təsisçisi Umud Mirzəyev diqqətə çatdırıb ki, bu sayt ümumilikdə qlobal, xüsusən isə regional münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində fikirlərin formalaşdırılması məqsədilə fəaliyyət göstərəcək. Biz bu yola 1992-ci ildən çıxdıq. O vaxt Sovet İttifaqının dağılması onun müxtəlif guşələrində qanlı münaqişələrlə müşayiət olunurdu. Belə münaqişə ocaqlarından biri də Qarabağda alovlandı. Həmin ərəfədə müxtəlif bölgələrdən olan jurnalistləri münaqişə bölgəsinə aparmaqla mövcud informasiya blokadasından çıxmağa çalışırdıq.
Bu gün də dünyamızda baş verən prosesləri ictimaiyyətə doğru-dürüst təqdim etmək kimi ağır bir məsuliyyəti öz üzərimizə götürməyə qərar verdik. “Avrasiya Gündəliyi” Avrasiya və ona yaxın olan ərazilərdə, postsovet məkanında baş verən hadisələrin, münaqişələrin, dünyada narahatlıq doğuran hadisələrin, gündəmdə olan problemlərin müzakirə müstəvisidir. Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq.
Mərakeşin ölkəmizdəki səfiri Həsən Hami və Pakistanın səfiri Xalid Usman Qayser çıxışlarında belə bir mühüm portalın fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu ölkədə daşlar bala verir - FOTOLAR

20 Avqust 2017 17:48

Zoğalın heç yerdə eşitmədiyiniz faydaları

20 Avqust 2017 17:43

Ordusu olmayan ölkələr: onları kimlər qoruyur?

20 Avqust 2017 17:38

Ona bir də indi baxın - ailəsi tərəfindən zibilliyə atılmışdı - FOTO

20 Avqust 2017 17:38

Rusiyanın pauerliftinq üzrə dünya çempionunu öldürən azərbaycanlı axtarışa verilib

20 Avqust 2017 17:37

Dünya çempionunu küçədə belə öldürdülər

20 Avqust 2017 17:28

Aleksandr Səmədov üzr istədi

20 Avqust 2017 17:27

“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

20 Avqust 2017 17:24

İran parlamenti Ruhaninin namizədini dəstəkləmədi

20 Avqust 2017 17:19

Son aylar ərzində ən çox satılan telefon məlum olub

20 Avqust 2017 17:14

Xəzərdə ölümlə üzləşən 3 nəfər xilas edildi

20 Avqust 2017 17:09

Azərbaycanda toy vaya döndü - Toy karvanındakı maşın 4 qonağı vurdu - FOTO

20 Avqust 2017 17:03

Cüdoçularımız universiada ilk qızıl medalı qazandı

20 Avqust 2017 16:59

Rusiyada zəlzələ baş verib

20 Avqust 2017 16:58

"Barselona"dan gözlənilməz transfer

20 Avqust 2017 16:57

"Apple"dəki hissələrini 800 dollara satan insanın bəxtsizlik HEKAYƏSİ

20 Avqust 2017 16:53

Livan əsgərləri Suriya ilə sərhəddə minaya düşüb: ölənlər var

20 Avqust 2017 16:47

Bülənt Ərsoyun 40 minlik istirahəti

20 Avqust 2017 16:46

Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

20 Avqust 2017 16:43

Beynəlxalq sərgi zamanı terror

20 Avqust 2017 16:37

Bu şəhərdə hasar çəkmək, itləri zəncirdə saxlamaq qadağandır - FOTO/VİDEO

20 Avqust 2017 16:33

Rusiyada zəlzələ olub

20 Avqust 2017 16:32

Qadın müəllim həyat yoldaşını bıçaqladı

20 Avqust 2017 16:21

Dünya şokda: Hamilə ikən hamilə qaldı - FOTOLAR

20 Avqust 2017 16:18

Əməkdar artistin evi başına uçdu

20 Avqust 2017 16:11

30 milyon manatlıq 1 cüt sırğa - FOTO

20 Avqust 2017 16:08

Daha bir dünya ulduzu Türkiyə klubunda - FOTO

20 Avqust 2017 15:57

“Dihaj” Bakının mərkəzində pulsuz konsert verdi

20 Avqust 2017 15:54

Fasiləsiz televizor izləmək xəstəlik yaradır

20 Avqust 2017 15:50

"Barselona"dan sürpriz Arda Turan qərarı

20 Avqust 2017 15:47

Belə də olur - Ər və arvad eyni oğlana aşiq oldu

20 Avqust 2017 15:43

Suriyada beynəlxalq sərgi atəşə tutulub, ölənlər və yaralananlar var

20 Avqust 2017 15:42

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Şəmkir filialının açılışında iştirak edib

20 Avqust 2017 15:40

Bineli Yıldırım: "Türkiyə sərhədini qanunsuz keçmək istəyən 5 İŞİD terrorçusu zərərsizləşdirilib"

20 Avqust 2017 15:37

“Körpə gəzintidə” filmi gerçək oldu

20 Avqust 2017 15:33

30 ildən sonra belə istirahət edə bilərik - FOTOLAR

20 Avqust 2017 15:23

Ən sürətlə arıqladan dietik üsul

20 Avqust 2017 15:23

Ağcabədidə "Mercedes" yanıb

20 Avqust 2017 15:14

Nəcməddin Sadıkov prezident İlham Əliyevə raport verdi

20 Avqust 2017 15:13

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

20 Avqust 2017 15:12

İraqda iki gəmi toqquşub, ölənlər var

20 Avqust 2017 15:07

Məşhur aktyor sevişmə səhnəsindən danışdı

20 Avqust 2017 15:04

"Ginnesin Rekordlar Kitabı"na düşən Bakı metrosu haqda 10 MARAQLI FAKT

20 Avqust 2017 14:58

Burkino-Fasoda terror aktı zamanı öldürülənlərin sayı 19-a çatıb

20 Avqust 2017 14:52

Dənizdə boğulmaq üzrə olan şəxs xilas edilib

20 Avqust 2017 14:52

İran-İraq müharibəsi başa çatıb

20 Avqust 2017 14:41

Məşhur amerikalı aktyor və yazıçı vəfat edib

20 Avqust 2017 14:39

Yaşı 3 milyard ildir: İDDİA TƏSDİQLƏNDİ - VİDEO

20 Avqust 2017 14:38

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

20 Avqust 2017 14:37

Köpəkbalığının yeni növü aşkarlandı

20 Avqust 2017 14:28