Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Türk iş adamının Rostovdakı fabrikinin 15 işçisi Rusiyadan deportasiya olunur

Date: 4 December 2015 20:32

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu müəssisənin baş direktoru Ərdoğan Şeker yazılı açıqlamasında bildirib.
"Merinos" Xalça Sənaye və Ticarət Açıq Səhmdar Cəmiyyəti Rusiyanın Rostov vilayətinə qoyduğu sərmayə ilə işləyir. Fabrikimizə federal məmurlar və hərbi qruplar tərəfindən basqın edilib. Bunun ardınca müəssisəmiz əsgərlər tərəfindən mühasirəyə alınıb. İşçilərimiz fabrikin binasından çıxarılıb. Evdə dincələn Türkiyə vətəndaşları olan işçilərimiz müəssisəyə çağırılaraq dindirilib. Onlara Rusiyanı tərk etmək üçün 10 gün vaxt verilmişdi. Ancaq sonradan bu müddət başa çatmadan təcili olaraq Rusiya ərazisini tərk etmələri tələb olunub. 15 işçimizin Rusiyada müvəqqəti yaşamaq üçün icazə sənədləri var, ancaq onlar nəzarət altına alınıblar və deportasiya olunmaları haqda qərar qəbul edilib", - baş direktorun yazılı müraciətində vurğulanıb.
Baş direktor qeyd edib ki, məmurlar fabrikdə axtarış aparıb, müəssisəyə məxsus kompüterlər yoxlanılıb: "Rostovdakı vəkillərimiz, firmamızın məsulları və konsulluğumuz məsələni yaxından izləməkdədir. Rusiyadakı məmurlar iki ölkə arasındakı gərginliyi haqsız olaraq ifrat dərəcədə qabardırlar. Bununla belə, fəaliyyətimizi davam etdirmək üçün hüquqi yolları axtarmağa davam edəcəyik".

Tags:  Türk adamının Rostovdakı fabrikinin 15 işçisi Rusiyadan deportasiya olunur

RƏYLƏR


Top news