“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib
20:37 4 Dekabr 2015
119 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.
SOCAR`dan "Report"a verilən məlumata görə, ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılmışdır. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılmışdır. Qərargahın əlaqə telefonları:
+994 12 5211019
+994 50 2293521
+994 50 2457005

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yatagindaki-10-cu-ozulde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR