Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib

Xəzərdə daha bir faciə baş verib? (22 Mart 2017 11:08)
“Günəşli” yatağında daha bir quyu istismara verilib (15 Mart 2017 11:32)
“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib (10 Mart 2017 13:22)

Tarix: 4 Dekabr 2015 20:43


Bakı, 4 dekabr, AZƏRTAC
Dekabrın 4-də güclü tufanın saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması nəticəsində yanğın baş verib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb. Qərargahın əlaqə telefonları: +994 12 521-10-19, +994 50 229-35-21, +994 50 245-70-05.

Teqlər:  Günəşli yatağındakı 10-cu özüldə yanğın baş verib



RƏYLƏR


Top xəbərlər