İrəvanda nümayişçilərlə polis arasında toqquşma

20:54 4 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub.

 

APA-nın “News.am”-a istinadən verdiyi məlumata görə, “Müxalifətin vahid qərargahı” qurumunun  rəhbəri Jirayr Sefilyan meydanda çadırların quraşdırılmasına çağırıb.

 

Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.

 

“Biz nə bahasına olursa olsun qəti addımlar atmağa hazırıq. Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır”, deyə J.Sefilyan bildirib.

 

Qeyd edək ki, “Yeni Ermənistan” təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR