Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İrəvanda nümayişçilərlə polis arasında toqquşma

İrəvanda nümayişçilərlə polis arasında toqquşma

Date: 4 December 2015 20:57

İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub.

APA-nın "News.am"-a istinadən verdiyi məlumata görə, "Müxalifətin vahid qərargahı" qurumunun  rəhbəri Jirayr Sefilyan meydanda çadırların quraşdırılmasına çağırıb.

Meydanı əhatəyə alan polis əməkdaşları çadırı müxalifətçilərin əlindən almaq istəyərkən toqquşma baş verib.

"Biz nə bahasına olursa olsun qəti addımlar atmağa hazırıq. Lakin bu prosesdə xalq da iştirak etməlidir. Dekabrın 6-da meydan insanlarla dolu olmalıdır", - deyə J.Sefilyan bildirib.

Qeyd edək ki, "Yeni Ermənistan" təşkilatı dekabrın 1-də mitinq və yürüş keçirərək Azadlıq meydanında müddətsiz aksiyanın başlandığını bəyan edib. 

Milli.Az


Tags:  İrəvanda nümayişçilərlə polis arasında toqquşma


RƏYLƏR


Top news