Yaponiyanın “gözəgörünməz” qırıcı təyyarəsi gələn il səmaya qalxacaq

Yaponiyanın “gözəgörünməz” qırıcı təyyarəsi gələn il səmaya qalxacaq
20:58 4 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC
Gələn ilin əvvəllərində Yaponiya radardan yayınan qırıcı təyyarəsinin ilk sınaq uçuşlarına başlayacaq.
AZƏRTAC ABŞ-ın Popular Science jurnalının internet saytına istinadla xəbər verir ki, on dörd metr uzunluğu olan təyyarə “Mitsubishi Heavy Industries” şirkəti tərəfindən istehsal edilib və dəyəri təxminən 440 milyon ABŞ dollarıdır.
Əgər təyyarə sınaqdan uğurla keçərsə, “American F-22s” və “F-35s”, Rusiyanın “PAK FA”, Çinin “J-20” və “J-31”, eləcə də Koreya və Hindistan qırıcılarından üstün sayılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_gozegorunmez_qirici_teyyaresi_gelen_il_semaya_qalxacaq-908453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR