ADİU-nun əcnəbi tələbələri informasiya turunda

ADİU-nun əcnəbi tələbələri informasiya turunda
21:08 4 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri üçün “AYAN” MMC-yə informasiya turu təşkil edilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, bu dəfə universitetin əcnəbi tələbələri nüfuzlu qida sektoru ilə maraqlanıblar. İstehsal sahələri və müasir laboratoriyalarla tanış olan tələbələr şirkətin istehsal prosesində birbaşa iştirak ediblər. İnformasiya turunun sonunda tələbələr şirkətin karyera imkanları ilə maraqlanıblar.
Qeyd edək ki, ADİU-da korporativ sektora informasiya turlarının keçirilməsinin məqsədi tələbələrə praktiki iş təcrübəsini aşılamaq, aparıcı şirkətləri tanımaqda onlara kömək etməkdir. Tədris ilinin sonuna kimi davam edəcək informasiya turları çərçivəsində ADİU-nun tələbələrinə Azərbaycanın nüfuzlu müəssisələri ilə tanışlıq imkanı yaradılacaq.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_nun_ecnebi_telebeleri_informasiya_turunda-908456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR