Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Danimarka Aİ qaydalarına "Yox" deyib

Danimarka Aİ qaydalarına "Yox" deyib

Date: 4 December 2015 21:17

Bakı. 4 dekabr. REPORT.AZ/ Danimarkada keçirilmiş referendumda əksəriyyət Aİ-nin sərhəd polisi barədə qaydalarının qəbulundan imtina edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, səsvermənin nəticələrinə görə, seçicilərin 53 faizdən çoxu təkliflərə "Yox" deyib.
Referendum Paris hücumlarından sonra və Avropanın miqrant axını ilə mübarizə apardığı ərəfədə keçirilib.
“Bu, aydın yoxdur,” deyən baş nazir Lars Lokke Rasmussen bildirib ki, o seçicilərin qərarına “hörmətlə yanaşır”.
Müxalifətin də dəstəyi ilə hökumət "Hə" üçün təşviqat aparıb və bu nəticənin Paris hücumlarından sonra Danimarka rəsmilərinə kömək edəcəyini bildirilib.

Tags:  Danimarka qaydalarına Yox deyib

RƏYLƏR


Top news