Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı

Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
21:51 4 Dekabr 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köçk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.

Bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədidir.

FHN qalan iki neftçinin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin vertolyotları və gəmiləri cəlb olunub.

Bu gün güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.

Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub.

Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və Samir Quliyev yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.


Samir Quliyev yedək gəmisi

Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun: Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366462

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR