Qubada iki avtomobil təmir sexi yanıb

Qubada iki avtomobil təmir sexi yanıb
21:57 4 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Quba rayonunda Heydər Əliyev prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən iki avtomobil təmir sexində yanğın baş verib.
Təmir sexinin sahibi Həbib Ağayev "Report"a bildirib ki, sexdə işləyən ustalar motor sexində yararsız motor yağlarından istifadə olunan sobanı sondürməyərək sexi tərk ediblər. Bunun ucbatından təmir sexi bir anlıq alışıb.
Alov o qədər güclü olub ki, qonşu sexədə keçib. Nəticədə hər iki sex tamamilə yanıb. Sexdə olan bütün texniki avadanlıqlar kül olub.
Hadisə yerinə FHN-nin Quba YMX-nin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Yanğın 45 dəqiqəyə söndürülüb. Bundan Əlavə Quba Rayon Polis Şöbəsinin əməkdaşları bu əraziyə nəzarət edir.  







Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qubada-iki-avtomobil-temir-sexi-yanib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR