Bakı, 4 dekabr, AZƏRTAC
Həyatda məqsədi olan adamlar arasında ölüm və ürək-damar xəstəlikləri riski daha aşağıdır.
AZƏRTAC “Sinai St. Luke’s-Roosevelt Hospital” (Nyu-York) portalına istinadla xəbər verir ki, portalın aparıcı müəllifi Raydi Kohen yazır: “Həyatda məqsədi olan insanın ölüm və ürək-damar xəstəlikləri riski azalır”. Alimlər bildirirlər ki, bu assosiasiyanın təməlində dayanan mexanizmlər hələ də aydın deyil. Amma əldə olunan məlumatlar təsdiq edir ki, məqsədə çatmaq hissi sağlamlıq durumunu yaxşılaşdırır. Alimlər həyat məqsədi və ölüm, yaxud ürək-damar xəstəlikləri arasındakı əlaqəni dəyərləndirən əvvəlki tədqiqatların məlumatlarını birləşdirib. Təhlil Birləşmiş Ştatlarda və Yaponiyada aparılan on tədqiqatın 136 mindən çox iştirakçısı barədə məlumatı əhatə edib.