Heydər Əliyev Sarayında tanınmış kinorejissor Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib

Heydər Əliyev Sarayında tanınmış kinorejissor Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirilib
22:28 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, Salehə Əliyeva, AZƏRTAC
Dekabrın 4-də Bakıda, Heydər Əliyev Sarayında tanınmış Rusiya kinorejissoru Nikita Mixalkovun “Özgələr arasında doğma” adlı yaradıcılıq gecəsi olub.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsinin adı görkəmli rejissor və aktyorun ən yaxşı ekran əsərlərindən birinə - “Özgələr arasında doğma, doğmalar arasında özgə” filminə bir növ müraciətdir. 40 ildən çoxdur ekranlara çıxan bu film hazırda klassika sayılır.
Gecədə rejissor və aktyor kimi çoxsaylı ekran işlərindən söz açan N.Mixalkov valideynləri Natalya Konçalovskaya və Sergey Mixalkov barədə xatirələrini bölüşüb.
Sonda “Özgələr arasında doğma, doğmalar arasında özgə” filmi nümayiş etdirilib.
Aktyor, kinorejissor, ssenarist və prodüser 1998-ci ildən Rusiya Kinematoqrafçılar İttifaqının sədri, “Günəşdən usanmışlar” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatı laureatıdır.
N.Mixalkov Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görülüb.
Nikita Mixalkov bu il artıq ikinci dəfədir ki, Bakıya gəlir. O, martın 31-də gənc Azərbaycan kinematoqrafçıları üçün ustad dərsi keçirib.
Rejissor bu səfərində də ustad dərsi deyib.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Sarayinda_taninmis_kinorejissor_Nikita_Mixalkovun_yaradiciliq_gecesi_kechirilib-908465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR