İraqın Neft Naziri OPEK-in gündəlik neft hasilatı kvotasını artırması ilə bağlı xəbərləri təkzib edib

İraqın Neft Naziri OPEK-in gündəlik neft hasilatı kvotasını artırması ilə bağlı xəbərləri təkzib edib
22:32 4 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 4 dekabr. REPORT.AZ/ Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) gündəlik neft hasilatının həcmini 31,5 mln. barelədək artırması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. "Report"un məlumatına görə, bunu İraqın Neft Naziri Adel Abdel Mahdi bildirib.
Onun sözlərinə görə, bu gün Vyanada keçirilən iclasın nəticələrinə əsasən qəbul edilən qərarda kvotalar "qeyri müəyyən səviyyədə" saxlanılıb.
Adel Abdel Mahdi: "Biz, dəqiq rəqəmi açıqlaya bilmərik. Ancaq kvotaların maksimum həddini də təşkilat olaraq müəyyənləşdirmədik. Beləliklə söhbət gündəlik 30-31 mln. barel neftdən gedir".
Onun sözlərinə görə, gündəlik neft hasilatının həcmi ilə bağlı yekun qərarın olmaması OPEK-ə üzv olmayan dövlətlərin mövqeyi ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-raqin-neft-naziri-opek-in-gundelik-neft-hasilati-kvotasini-artirmasi-ile-bagli-xeberleri-tekzib-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR