"Real" Kral Kubokundan qovuldu

"Real" Kral Kubokundan qovuldu
22:36 4 Dekabr 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubu İspaniya Kral Kubokundan çıxarılılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) qərar qəbul edib.

İspaniya Kral Futbol Federasiyası ölkənin ən titullu klubunun nazı ilə oynamayaraq onları turnirdən kənarlaşdırıb. RFEF başçısı Fransisko Rubio "Real" tərəfinin arqumentlərini dinlədikdən sonra yekun qərarını verib. Madridlilər bidirib ki, matç ərəfəsində həmçinin İspaniya Kubokunun üç start raundundan sonra Çerışevin diskvalifikasiyası barədə xəbərdarlıq kluba gəlməyib. "Real"ın bütün dəlillərinə rədd cavab verilib və "Kral klubu" yarışdan çıxarılıb. RFEF daha sonra rəsmən bu informasiyanı təsdiq edəcək.

Qeyd edək ki, Kral Kuboku çərçivəsində "Kadiz"i 3:1 hesabı ilə yenən "Real"ın heyətində cəzalı futbolçu yer alıb. Oyunda rusiyalı Denis Çerışev meydana çıхıb və 3-cü dəqiqədə hesabı açıb. Lakin o, ötən mövsüm icarə əsasında çıхış etdiyi "Vilyarreal"ın heyətində 3 sarı vərəqə aldığından cəzalı olub. Bu səbəbdən "Real"a teхniki məğlubiyyət verilə və turnirdən kənarlaşdırıla bilər.


Çerışev əvəzlənərkən

"Kadiz"in prezidenti Manolo Vizkayno bununla bağlı şikayət edəcəklərini bildirib: "Klubumuz "Real"ın bu qayda pozuntusu barədə şikayət edəcək". "Real" ın baş məşqçisi Rafael Benites Çerışevin çəzalı durubda olduğunu bilmədiyini bildirib. "Bu barədə bizə kimsə məlumat verməmişdi.Oyunun gedişində bu barədə bildiyimizdən futbolçunu dəyişdim",- deyə Benites bildirib.

Qeyd edək ki, bu, Benitezin ilk xətası deyil. Belə ki, o, "Valensiya"nı çalışdıranda da legioner limitini pozmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR