Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstan prezidentindən Saakaşviliyə sərt ittiham

Gürcüstan prezidentindən Saakaşviliyə sərt ittiham

Date: 4 December 2015 23:09

Mixail Saakaşvili həm prezident institutunu, həm də ölkəni təhqir edib.

 

APA-nın “Gürcustan-onlayn” saytına istinadən verdiyi məlumata görə, bunu ölkə prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

 

“Bu gün Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Hüquqi nöqteyi-nəzərdən bu, ölkədə qüvvədə olan qanunvericiliyə uyğun yeganə prosedurdur. Siyasi cəhətdən isə bu, tərəfimdən ən ağır qiymətə layiqdir. Çünki keçmiş dövlət başçısı prezident institutunu və ölkəni təhqir edib”, deyə Qeorqi Marqvelaşvili bildirib.

 

Xatırladaq ki, Ukrayna vətəndaşlığını aldığına görə Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. 


Tags:  Gürcüstan prezidentindən Saakaşviliyə sərt ittiham

RƏYLƏR


Top news