Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Messi "Qızıl top"a tam layiqdir"

"Messi "Qızıl top"a tam layiqdir"

"Neymar Messi və Ronaldu səviyyəsinə çatıb və "Qızıl top"u ala bilər" (17 Mart 2017 08:42)
"İstərdim ki, Messi Braziliyada doğulsun" (21 Fevral 2017 13:42)
"Kriştianu hörmət və ehtirama layiqdir" - FOTO (10 Fevral 2017 12:37)

Tarix: 4 Dekabr 2015 23:17

"Barselona"nın əfsanəvi futbolçusu Xavi "Qızıl top"a namizədlər barədə fikirlərini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Xavi keçmiş komanda yoldaşı Messinin favorit olduğunu bildirib.

"Ronaldu və Messi bu mükafat uğrunda mübarizəni davam etdirəcək. Fikrimcə, Leo bu mübarizədə aşkar favoritdir. Bununla yanaşı, o, "Barselona"da qazandığı bütün uğurlara layiqdir. Dəfələrlə demişəm ki, Messi dünyada və bəlkə də, tarixdə ən yaxşı futbolçudur. O, bunu hər oyunda sübut edir. Messi "Qızıl top"a tam layiqdir. 2010-cu ildə bu mükafata namizədlər sırasında yer almaq xüsusi bir hiss idi. Hər kəsdən təbrik alırsan və özünü futbolun zirvəsində hiss edirsən".

"Ronaldu və Messinin bu mükafat üçün rəqabətə növbəti illər də davam edib-etməyəcəyini gələcək göstərəcək. Amma düşünürəm ki, bu mübarizəyə Neymar və Luis Suarez də qoşulacaq".

Milli.Az


Teqlər:  Messi Qızıl topa tam layiqdir



RƏYLƏR


Top xəbərlər