Yağlı saçlarla necə mübarizə aparmalı?

Yağlı saçlarla necə mübarizə aparmalı?
23:32 4 Dekabr 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Saçınız tez-tez yağlanır? İstifadə etdiyiniz şampunların heç bir faydasını görmürsünüz?

Onda publika.az-ın məsləhətlərinə nəzər yetirin!
 
pH balansı
 
Mütəxəssislər bildirir ki, saçın həddən artıq quru və ya yağlı olması baş dərisinin pH balansından asılır. Baş dərisinin pH balansını qoruyaraq həddindən artıq yağlılığın qarşısını ala bilərsiniz. Bunun üçün saçlar tərkibində xlor olmayan su ilə yuyulmalıdır.
 
Saçlarınıza toxunmayın!
 
Saçınıza əlinizlə forma verməyi tərgidin. Mümkün olduğu qədər əllərinizi saçınıza toxundurmayın.
 
 Aloe-vera (əzvay)
 
Bir xörək qaşığı təbii tərkibli şampunla eyni miqdarda aloe-vera şirəsini qarışdırın. Şampunu saç diblərinə çəkib masaj edin, ilıq su ilə yuyun. Bu proseduranı həftədə 3 dəfə təkrarlayın.
 
Nəmləndirin!
 
Saçlarınızı nəmləndirmə xüsusiyyəti olan şampunla yuyun. Həftədə bir dəfə xüsusi nəmləndirici vasitələrdən istifadə edin.
 
 Zülal
 
Saçlarınızın yağ balansını qorumaq üçün qidalanmaya da xüsusi diqqət etməlisiniz. Xüsusi saçların yağlanmasının bir səbəbi də hormonlardır. Yağlı yemək və şirniyyatlar dəri üçün zərərlidir. Zülalla zəngin olan qidalar yeyin.
 
Limon şirəsi
 
Limon şirəsi toksinləri təmizləyərək saçların yağ balansını qoruyur. Saçı şampunlayıb yuduqdan sonra içərisinə limon şirəsi qatılmış su ilə yaxalayın.
 
Stress
 
Stress saçların yağlanmasına və tökülməsinə səbəb olur. Rəqs edin, musiqi dinləyin, əylənin - bir sözlə, stresslə mübarizə aparmaq üçün sizi xoşbəxt edəcək məşğuliyyətlərə vaxt ayırın.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/387701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR