Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın rayonları qaranlıqda qaldı (VİDEO)

Azərbaycanın rayonları qaranlıqda qaldı (VİDEO)

Date: 4 December 2015 23:51

Azərbaycanın rayonlarına artıq qar yağıb və qar özü ilə bir çox problemlər də gətirib. Yollar keçilməz olub, insanlar elektrik enerjisiz qalıb.

ANS TV-nin məlumtına görə, gecədən başlayan qar Şəmkir-Gədəbəy yolunu bağlayıb. Şər vaxtı ağır tonajlı avtomobillər istisna olmaqla yolda hərəkət tamam iflic olub.

Günorta saatlarına doğru nisbətən əriyən qarın sonradan donması yolların buzlaşmasına səbəb olub. Əsas çətinlik isə aşırımlarda müşahidə olunub.

Gün ərzində yollara qum, duz, çınqıl səpilir. Lakin gecə yolların buz bağlayacağı isə istisna deyil.

Şimal bölgəsində də gecə saatlarından yağan qar yolları iflic edib. Avtomobilləri yolda qalan sakinlər piyada hərəkət etməli olublar. Güclü qar Quba və Qusar rayonlarının enerji təsərrüfatında da fasilələr yaradıb.

Hazırda “Azərişıq”ın rayon şöbələri qarın yaratdığı fəsadları aradan qaldırmaqla məşğuldur.

Lerikdə qarın enerji təsərrüfatına vurduğu ziyan isə daha böyükdür. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb, dirəklər yıxılıb. Bu səbəbdən də dünən axşam saatlarından rayonun 90% enerjisiz qalıb.

“Qar yağan kimi işıqlar kəsildi. Elektrik naqilləri qırıldı, dirəklər hamısı yararsız vəziyyətdədir. Qar, yağış, külək olan kimi işıqlar kəsilir”, - deyə Lerik sakini Füzuli Ağayev bildirib.

Lerik rayon FHK-nın sədri Habil Məlikovun fikrincə, ötən əsrin 60-cı illərində qurulmuş elektrik təsərrüfatı hazırkı tələblərə cavab vermir, qar düşən kimi Lerik işıqsız qalır:

“Hazırda 100-ə yaxın yaşayış məntəqəsi işıqsızdır. Lerik şəhəri və ətraf kəndlər işıqla təmin olunub. Rayon elektrik təsərrüfatının işçiləri və eyni zamanda ərazi icra nümayəndələri, bələdiyyələr hazırda işləyirlər. İşığın müəyyən qisminin günün axırına kimi bərpa olunması nəzərdə tutulur”.

Müəyyən ərazilərə enerji verilişi bərpa olunsa da, rayondakı yaşayış məntəqələrinin 50%-i hələ də işıqsızdır.


Tags:  Azərbaycanın rayonları qaranlıqda qaldı VİDEO


RƏYLƏR


Top news