Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Davutoğlu: "Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz miqdarı dəyişə biləcək"

Davutoğlu: "Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz miqdarı dəyişə biləcək"

Date: 4 December 2015 23:52

Bakı. 4 dekabr. REPORT.AZ/ Türkiyənin enerji sahəsində bir ölkədən asılılığının qarşısı almaq üçün ciddi addımlar atılır. "Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.
"Azerbaycan Prezidenti İlham Əliyevlə TANAP layihəsinin mümkün olduğu qədər tez həyata keçirilmisəni müzakirə etdik. Bu layihə çərçivəsində daşınacaq 16 milyard kubometr qazdan 6 milyardı Türkiyənion payına düşəcək. Ancaq ehtiyac olduğu hallarda bu faiz nisbəti dəyişə bilər", - deyə Davutoğlu qeyd edib.
Onun sözlərinə görə, Türkiyə iqdisadiyyatını enerji sahəsindəki mənfi təsirlərdən qorumaq üçün hazırlıq işləri sürətlə davam etdirilir.
Embarqo məsələsinə də toxunan Türkiyənin hökümət başçısı deyib ki, sanksiyalar "elə bir məsələdir ki, bir gün onu tətbiq edən ölkənin özünə zərər verəcək".
"Məsələn, Türkiyə Rusiya ve İrana qarşı tətbiq olunan sanskiyalara dəstək vermədi. Çünkü biz hesab edirik ki, iqdisadi embarqo fayda vermir", - deyə Davutoğlu əlavə edib.

Tags:  Davutoğlu Ehtiyac olduğu hallarda TANAP-dan alacağımız qaz miqdarı dəyişə biləcək


RƏYLƏR


Top news