Nardaranlının meyiti Masallıya buraxılmadı

Nardaranlının meyiti Masallıya buraxılmadı
00:36 5 Dekabr 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Nardaran qəsəbəsində polisə silahlı müqavimət göstərərkən ölənlərin cənazələri ailələrinə təhvil verilib.

Bu barədə ANS PRESS-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov məlumat verib.

"Bü gün cənazələrin dəfninə icazə verilib. Meyitləri H.Aslanov metrosu yaxınlığında yerləşən xəstəxananın morqundan götürdük. El qaydası ilə 4 nəfəri Nardaran qəbirstanlığında dəfn etdik. Ölənlərdən Sərvan Səfərov Masallıdandır. Atası Yaşar onu Masallıda dəfn etmək istəsə də buna icazə verilmədi. Sərvan Səfərov, Abbas Hüseyn, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları dəfn olundu. Allah onların günahlarını bağışlasın", - deyə Natiq Kərimov bildirib.


Natiq Kərimov - Nardaran Ağsaqqallar Şurasının sədri

Ağsaqqallar Şurasının sədri qeyd edib ki, hazırda Nardaran qəsəbəsində işığ yoxdu və ətrafdasakitlik hökm sürür. Komunal məsələ ilə əlaqədar müfaviq orqan nümayəndələri hazırda qəsəbədə iş aparır."Azəriqaz" işçiləri qəsəbəyə yeni sayğaclar qoyur və yaxın günlərdə işığ və digər komunal problemlərin yoluna qoyulması gözlənilir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib.

Daha bir neçə nəfəri yaralanıb.Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.


Həlak olan polislərin dəfn mərasimi

Nardarandakı toqquşmalar zamanı həlak olan polislərin dəfn mərasimi noyabrın 27-də keçirilib. Həlak olan iki polis əməkdaşı II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər.


Ramil Usubov , Mədət Quliyev, Zakir Qaralov dəfn mərasimində

Prezident İlham Əliyev Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşını medalla təltif edib. Bu barədə jurnalistlərə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib. Mərasimdə həlak olan iki polis əməkdaşına verilən “İgidliyə görə” medalı da gətirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=366476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR