ABŞ rəsmiləri Türkiyəni tənqid etməkdən qaçınır

ABŞ rəsmiləri Türkiyəni tənqid etməkdən qaçınır
00:52 5 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ rəsmiləri Türkiyənin terrorçu "İŞİD" qruplaşmasına qarşı Suriya və İraqda apardığı əməliyyatlara dair tənqidi fikirlərdən qaçınır.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Eşton Karterin "Türkiyə İŞİD-lə mübarizədə daha ciddi addımlar ata bilər" sözlərini şərh edən ABŞ Dövlət Departamentinin rəsmisi Elizabet Trudo bildirib ki, Ankara "İŞİD"-ə qarşı yaradılan Beynəlxalq koalisiyanın "vacib tərəfdaşıdır".
Trudo qeyd edib ki, ABŞ rəhbərliyi bütün tərəfdaş dövlətlərlə hansı addımların atılacağını müzakirə edir: "Biz Türkiyənin siyasətini alqışlayırıq".

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-resmileri-turkiyenin-tenqid-etmekden-qacinir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR