Rəsulzadəni təhqir edənin eks deputata oxşarlığı (VİDEO)

Rəsulzadəni təhqir edənin eks deputata oxşarlığı (VİDEO)
00:56 5 Dekabr 2015
81 Digər
Ölkə mətbuatı
A- A+

Nardaran hadisələri din pərdəsi altında törədilən terrordur. Milli Məclisin deputatları baş verənlərin ölkənin Konistitusiya quruluşunun dəyişdirilməsinə cəhd adlandırdılar.

Bəzi deputatlar isə bir qrup şəxsin törətdiyi əməlin bütün nardaranlılara aid edilməsinin düzgün saymadılar. Pir və ziyarətgahlarda yığılan vəsaitin doğru-dürüst xərclənməsinə diqqət çəkildi.

“Dini ekstrimizmə qarşı mübarizə haqqında” qanun müzakirədən sonra birinci oxunuşdan qəbul edildi.

Parlament polisə səlahiyyət verdi ki, terror, dini ekstrizmlə bağlı cinayətin qarşısı alınarkən silah tətbiq etsin. Uşaqlarını dərsdən yayındıran valideynlər bundan sonra 100 manat cərimələnəcək. Belələrinin valideynlik hüququndan məhrum edilməsi təklif edildi.

“İmam Əlidən soruşanda ki, uşağı necə tərbiyə etmək lazımdı? Çavab verir ki, onun tərbiyəsində valideynlərdən çox mühit böyük rol oynayır. O uşaqları xilas etmək üçün biz Amerikada, Avropada çox vaxt şahidi oluruq ki, valideynlik hüququndan məhrum edirlər”,- deyə millət vəkili Qüdrət Həsənquliyev söyləyib.

Terror fəaliyyətinə görə şəxs vətəndaşlıqdan məhrum ediləcək. Dini mərasimlər də bundan sonra yalnız məscid daxilində aparıla bilər. Xaricdə dini təhsil alıb gələn şəxsə, mərasim həvalə olunmayacaq.

Məscidlərdən kənarda bayraq asılması da qadağan olundu. Bildirildi ki, Azərbaycanın bir bayrağı var - o da üçrəngli. Yeri gəlmişkən, üçrəngli bayraq altında Şərqdə ilk cümhuriyyət quranlardan biri Məhəmməd Əmin Rəsulzadənin təhqir olunması məsələsi də gündəmə gətirildi.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, dövlətin qurucusu olan şəxs haqqında Azərbaycan vətəndaşı hansısa, neqativ bir fikir səsləndirirsə, deməli bu ölkənin vətəndaşı olmaqdan məmnunluq duymur.

Əslində gözlənilirdi ki, deputat Ağacan Abiyevin ötən gün dediyi kimi məsələ intizam komissiyasına çıxarılsın. Lakin buna lüzum görülmədi.

Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, bir məsələn arşdırmadan belə bir ittaham irəli sürmək düzgün deyil.

Naqif Həmzəyev çıxış üçün yazılsa da, ona söz verilmədi. Parlamentin foyesində jurnalistlərə açıqlamasında gənc deputat sözlərinin təhrif edildiyini, Rəsulzadənin tarixi şəxsiyyət olduğunu söylədi. O "mənim bir idealım, bir liderim var - o da Heydər Əliyevdir" söylədi. Bu üç kəlmədən başqa nə dedisə, başa düşülmədi, gah dedi məni provakasiyaya çəkməyin, gah da tarixi-nadir açdı.

Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə tarixi şəxsdir və bütün tarixi şəxslər bizim hörmətimiz var.

Rəsulzadə ilə bağlı dediklərilə gündəmə gələn tarixçi Naqif Həmzəyev parlamentdə tələbəsi olduğu BDU-nun rektoru, eks deputat Abel Məhərrəmovun yerində oturub.

O, ali təhsil müəssisəsinin ki, Məhəmməd Əmin Rəsulzadənin adı kimi, büstü də universitetin önündən götürülüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR