Sumqayıtda binada yanğın: 3 nəfər zəhərləndi, 25 nəfər təxliyə edildi

Sumqayıtda binada yanğın: 3 nəfər zəhərləndi, 25 nəfər təxliyə edildi
01:04 5 Dekabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb.

 

Yanğın zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR