Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda Meksika kinosu günləri keçiriləcək

Bakıda Meksika kinosu günləri keçiriləcək

Date: 5 December 2015 01:58


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 7-dən 11-dək Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda Meksika kinosu günləri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 7-də Nizami Kino Mərkəzində kino günlərinin açılışı olacaq.
Ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.
Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Tags:  Bakıda Meksika kinosu günləri keçiriləcək


RƏYLƏR


Top news