Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ kanalı Ərdoğanı terrorçu elan etdi

ABŞ kanalı Ərdoğanı terrorçu elan etdi

Date: 5 December 2015 02:06

İki gün əvvəl ABŞ-ın Kaliforniya ştatında baş vermiş silahlı hücumla bağlı xəbərlərin ictimaiyyətə çatdırılması zamanı yerli telekanallardan biri diplomatik qalmaqala səbəb ola biləcək səhvə yol verib. ANS PRESS-in məlumatına görə, “FOX News” telekanalın efirində gedən titrlərdə hadisəni törədənlərdən birinin 28 yaşlı Qətər sakini “Tayyeep bin Ardogan” olduğu yazılıb. Bir müddət sonra isə belə bir şəxsin olmadığı aydın olub və Tayyib bin Ərdoğan adı titrlərdən silinib.



Hadisənin baş verdiyi həmin vaxt isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə rəsmi səfərdə olub.



İki gün əvvəl ABŞ-ın Kaliforniya ştatının cənub-qərbində yerləşən San-Bernardino şəhərində silahlı hücum hadisəsi baş vermişdi. San-Bernardino şəhərindəki fiziki imkanları məhdud insanlara aid sosial mərkəzə törədilən hücum vaxtı 14 nəfər öldürülmüşdü.

Tags:  ABŞ kanalı Ərdoğanı terrorçu elan etdi


RƏYLƏR


Top news