ABŞ rəsmiləri San Bernardinoda baş verənləri "terror aktı" kimi təhqiq edir

ABŞ rəsmiləri San Bernardinoda baş verənləri "terror aktı" kimi təhqiq edir
02:37 5 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ mediasında San Bernardino qətliamının icraçılarından biri olan Təşfin Malikin "İŞİD" qruplaşması ilə əlaqəsi olduğuna dair xəbərlər yayılıb. Onun Facebook səhifəsində İŞİD-ə sədaqət andı içdiyi deyilir.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, ehtimal edilir ki, Səid Fərruxun xanımı Malik Facebook-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içib. Andın başqa ad altında Facebook-a yerləşdirildiyi güman edilir.
New York Times qəzetinin yazdığına görə, qrupun Malikini hücuma göndərdiyinə dair heç bir dəlil əldə edilməyib.
Fox News onların ya birinin, ya da hər ikisinin Əl-Qaidə ilə əlaqəsinə dair məlumat yayıb.
Kaliforniya ştatının San Bernardino şəhərində Sosial Xidmətlər Agentliyinin keçirdiyi bayram mərasimi zamanı 14 nəfəri öldürən və 21 nəfəri yaralayan 28 yaşlı Səid Fərrux və onun xanımı 27 yaşlı Təşfin Maliki polislə atışma zamanı öldürülüb.
Mətbuat konfransında Federal Təhqiqat Bürosunun (FBI) rəsmisi David Bowdich hökumət orqanlarının hadisəni terror aktı kimi təhqiq etdiyini bildirib.
İndiyədək qətliamla bağlı heç kəs həbs edilməyib, lakin hüquq-mühafizə orqanları bunu istisna etmirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-resmileri-san-bernardinoda-bas-verenleri-terror-akti-kimi-tehqiq-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR