"Real" İspaniya Kral Kubokundan uzaqlaşdırıldı

Daha öncə "Real"ın İspaniya Kral Kuboku çərçivəsində "Kadis"lə oynanılan görüşdə cəzalı olan Denis Çerışevin xidmətindən istifadə etdiyi barədə xəbər vermişik.

Artıq yarışların təşlili üzrə komitə "Kadis"in şikayət ərizəsinə baxıb və qərarını açıqlayıb. Beləliklə, "Real" cari mövsümdə İspaniya Kral Kubokundan uzaqlaşdırılıb.

Xatırladaq ki, Denis Çerışev keçən mövsüm "Vilyarreal"da çıxış edərkən ardıcıl 3 görüşdə sarı vərəqə almışdı. İspaniyada qaydalara əsasən, həmin vərəqələr bir sonrakı mövsümdə də nəzərə alınır. Bu səbəbdən Çerışev "Kadis"ə qarşı oyunda meydana çıxmamalı idi.

"Real"ın apellyasiya verəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR