Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur

Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur
02:48 5 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 5 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb.
Leyla Əliyeva xanım İnger Anderseni IUCN-nin baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Leyla Əliyeva bildirib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir.
Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Xanım İ.Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. İ.Andersen 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakını xüsusi qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Leyla_Aliyeva_IDEA_ile_IUCN_arasinda_emekdasligin_genislendirilmesi_uchun_yaxsi_potensial_movcuddur-908486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR