Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur

Leyla Əliyeva: IDEA ilə IUCN arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur

Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanıldı (17 Mart 2017 20:28)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinə başlanılıb - FOTO (17 Mart 2017 19:47)
Leyla Əliyeva sənədli film təqdimatında - (14 Mart 2017 22:27)

Tarix: 5 Dekabr 2015 03:22

Bakı. 5 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb.
Leyla Əliyeva xanım İnger Anderseni IUCN-nin baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Leyla Əliyeva bildirib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir.
Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Xanım İ.Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. İ.Andersen 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakını xüsusi qeyd edib.

Teqlər:  Leyla Əliyeva IDEA IUCN arasında əməkdaşlığın genişləndirilməsi potensial mövcuddur



RƏYLƏR


Top xəbərlər