"Barselona"da üzlər gülür: "Valensiya"ya qarşı oynaya biləcək

"Barselona"nın qolkiperi Mark-Andre Ter Steqen zədəsini sağaldıb.

Metbuat.az AS-a istinadən xəbər verir ki, alman qapıçının adı bu gün "Valensiya" ilə oynanılacaq matçın 18 nəfərlik iştirak ərizəsinə daxil edilib. Ter Steqen İspaniya Kral Kubokunda "Vilyanovense" ilə oynanılan görüşü dizindəki zədə səbəbindən qaçırmışdı.

"Valensiya" - "Barselona" oyunu bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR