Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyə tankları Şimali İraqa göndərildi

Türkiyə tankları Şimali İraqa göndərildi

Türkiyədən Şimali Koreyaya qadağalar (24 Mart 2017 01:13)
Bir gündə 52 MİT-çi edam edildi: Hakan Fidan həmin gün... – ŞOK DETALLAR (28 Fevral 2017 11:08)
Türkiyə tankları Əl-Bab zəfərini belə qeyd etdi - FOTO (25 Fevral 2017 13:17)

Tarix: 5 Dekabr 2015 03:36

“Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başiqa bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. ANS PRESS-in məlumatına görə, daha əvvəl 80-90 olan bölgədəki türk əsgəri sayı 138-ə çatdırılıb. Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.

Hərbi mənbələrin yaydığı məlumata görə, Başiqadakı hərbi düşərgədə dəyişiklik, 2 gün əvvəl həyata keçirilib. Paytaxt Ankarada keçirilən təhlükəsizlik şurasının iclasında baş qərargah rəisi Başiqa düşərgəsinin İŞİD mövqelərinə yaxın olduğunu bildirərək bu yerdə türk hərbçi sayının artırılmasını təklif edib. Hökumət rəsmiləri baş qərargah rəisinin təklifini məqbul hesab edib. Dəyişiklik barədə, Suriyada və İraqda İŞİD-lə havadan mübarizə aparan koalisiya qüvvələrinə də məlumat verilib. Türkiyə hərbi düşərghəsindəki dəyişiklik quru yoluyla, yüksək təhlükəsizlik tədbirləri altında zirehli maşınlarla həyata keçirilib.

Hərbi mənbə türk əsgər sayının çoxaldılması ilə təbii olaraq bölgədə yetişdirilən peşmərgə sayının da çoxalacağını bildirib.

2014-cü ilin iyununda İŞİD silahlıları Mosulu ələ keçirmiş və bu şəhərdəki Türkiyə konsulluğunun əməkdaşlarını girov götürmüşdü. Uzun müddət davam edən danışıqlardan sonra girovlar Türkiyəyə qaytarılmışdı.


Teqlər:  Türkiyə tankları Şimali İraqa göndərildi



RƏYLƏR


Top xəbərlər