Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraqdan Türkiyəyə sərt bəyanat

İraqdan Türkiyəyə sərt bəyanat

Date: 5 December 2015 04:29

Rəsmi Bağdad türk hərbçilərinin İraqın şimalına daxil olmasını ölkə suverenliyinin pozulması kimi qiymətləndirib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İraq baş nazirinin mətbuat xidməti bəyanat yayıb.

 

“Mosul şəhəri yaxınlığında yerləşdirilən Türkiyə hərbçiləri İraqa icazəsiz daxil olub və dərhal geri dönməlidirlər”, sənəddə deyilir.

 

Yerli telekanallar vasitəsi açıqlama yayan İraqın xarici işlər nazirliyi isə hadisəni hərbi müdaxilə adlandırıb. Qeyd olunur ki, İraq hökuməti ilə razılaşdırılmayan hər hansı hərbi əməliyyatın aparılması hüquqa ziddir.

 

Bundan əvvəl 130 türk hərbçisinin Mosul şəhəri yaxınlığında yerləşdirildiyi barədə məlumat yayılıb. Onlar İŞİD-ə qarşı mübarizə aparan kürd silahlılarına təlim keçmək məqsədilə İraqa göndərilib.

 

Qeyd edək ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD terror qruplaşmasının nəzarəti altındadır.


Tags:  İraqdan Türkiyəyə sərt bəyanat

RƏYLƏR


Top news