İranın nüvə proqramına dair növbəti danışıqlar raundunda ABŞ-ı Tomas Şennon təmsil edəcək

İranın nüvə proqramına dair növbəti danışıqlar raundunda ABŞ-ı Tomas Şennon təmsil edəcək
05:57 5 Dekabr 2015
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 6-da Vyanada İranın nüvə proqramına dair növbəti danışıqlar raundu keçiriləcək.
"Report" RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, üç gün davam edəcək müzakirələr zamanı ABŞ-ı Dövlət katibinin müşaviri Tomas Şennon təmsil edəcək.
Əsas müzakirə növzusunu nüvə proqramına dair Kompleks Fəaliyyət Planı təşkil edəcək.
Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/nuve-proqramina-dair-novbeti-danisiqlarda-abs-i-tomas-sennon-temsil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR