ABŞ Fələstini dövlət kimi tanımır

ABŞ Fələstini dövlət kimi tanımır
08:31 30 Dekabr 2014
101 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları (ABŞ) Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçülərindən olan Ceff Ratke keçirdiyi günlük brifinqdə daha əvvəl də söylədikləri kimi, Fələstin dövlətinin tanınmasına dair qətnamə layihəsini dəstəkləməyəcklərini və digər ölkələrin də onlarla eyni şübhə içində olduqlarını bəyan edib.

Sözügedən layihənin işə yaramayacağını düşünən Ratke daha sonra sözlərini bu cür davam edib: “Bizim fikrimizcə, bu layihə qeyri-konstruktivdir və heç bir nəticə əldə edilməyəcək. Həmçinin, qətnamə layihəsinə İsrailin, onun vətəndaşlarının təhlükəsizliyinin təmin olunmağının və bir sıra ehtiyaclarının qarşılanmağının salınmadığını düşünürük”

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR