ABŞ-dan Əsədlə əməkdaşlıq açıqlaması

ABŞ-dan Əsədlə əməkdaşlıq açıqlaması
07:56 5 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

“Suriya prezidenti Bəşər Əsəd hələlik hakimiyyətdə ikən rejim ordusu ilə müxalif qruplar İŞİD terrorçularına qarşı əməkdaşlıq edə bilərlər.” ANS PRESS-in məlumatına görə, bu cür açıqlama ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri çıxış edib. Kiprdəki təmaslarını başa vuraraq Yunanıstanın paytaxtı Afinaya səfər edən Kerri, burda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.

Jurnalistlərdən birinin, “Suriyada Qərbin dəstəklədiyi üsyançılar İŞİD qruplaşmasına qarşı hökumət qüvvələri ilə əməkdaşlılq edərmi?” – sualına Con Kerri, çətin də olsa belə bir şeyin mümkün olduğunu deyib:

“Əsədin gələcəyinin nə olacağı və ya olmayacağı mövzusunda dəqiqlik olacağı təqdirdə getməyə məcbur olduğunun dəqiq olmadığını fikirləşirəm. Nəhayətdə Əsədin hakimiyyətdən ayrılacağına dair qənaətləri olmasa müxalifətin ordu ilə əməkdaşlıq etməsi çox çətin olacaq.” – deyə Con Kerri əlavə edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR